Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

MAHİRƏ ABDULLAYEVA
(pedaqogika üzrə fəlsəfə doktoru, müəllim)

Mahirə Molud qızı Abdullayeva 1966-cı il 28 sentyabrda Bakı şəhərinin Şüvəlan qəsəbəsində anadan olmuşdur. 1993-cü ildə Bakı şəhəri Mərdəkan qəsəbəsindəki 181 saylı orta məktəbi bitirmişdir. 1994-1999-cu illər ADPU-nun “Pedaqoji” fakültə­sinin “İbtidai təhsilin peda­qogikası və metodikası” ixtisası üzrə bakalavr pilləsini bitirmişdir. 2000-2002-ci illərdə isə ADPU-nun “Azərbaycan dili və onun tədrisi meto­dikası” ixtisasının “Maarif” istiqaməti üzrə magistratura pilləsini fərqlən­mə diplomu ilə bitirmişdir. 1993-cü ildən “Azərxalça” İstehsalat Birli­yində xalçaçı vəzifəsində çalışmışdır. 1994-cü ildən ADPU-nun “Azər­baycan dilçiliyi” kafedrasında laborant vəzifəsində çalışmışdır. 2007-2013 illərdə isə ADPU-nun “Dədə-Qorqud” elmi-tədqiqat laborato­riyasında laborant vəzifəsində çalış­mışdır. 2013-cü il tarixində “İbtidai siniflərdə sintaksis element­lə­rinin öyrədilməsi prosesində ifadəli oxu vərdişlərinin inkişafı yolları” mövzusunda pedaqogika üzrə fəlsəfə dok­toru elmi adı almaq üçün dissertasiya müdafiə etmişdir. 2013-cü ildən ADPU-nun «Azər­baycan dili və onun tədrisi texnologiyası” kafedrasında müəl­lim vəzifə­sində işləyir. O, 19 elmi-metodik məqalənin müəl­lifidir.