Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

MƏTANƏT MEHDİYEVA
(müəllim)

Mətanət Bahadır qızı Mehdiyeva 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1994-cü ildə Sumqayıt şəhərindəki 24 saylı orta məktəbi, 1994-1998-ci illər ADPU-nun Filologiya fakültəsinin “Azərb dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr pilləsini, 2007-2009-cu illər Sum­qayıt Dövlət Universitetinin  Filologiya fakültəsinin “Dilşünaslıq” ixtisası üzrə magistr pilləsini, 2013-2017-ci illərdə doktorantura pilləsini bitirmişdir.

1998-2004-cü illərdə Sumqayıt şəhər  30 saylı orta məktəbdə Azər­baycan dili və ədəbiyyatı müəllimi, 2004-2008-ci illər AMİ-nin Sum­qayıt filialında metodist, 2008-2015-ci illər Ana dili və onun tədrisi metodikası kafedrasında baş müəllim işləmişdir.

Hal-hazırda ADPU-nun Azərbaycan dili və onun tədrisi texnolo­giyası kafedrasında baş müəllim kimi fəaliyyət göstərir. O, 25 elmi məqa­lənin müəllifidir.