Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

MƏSMƏ İSMAYILOVA
(baş müəllim)

Məsmə Əliyulla qızı İsmayılova 1963-cü ildə dekabrın 26-da Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı şəhəri 182 saylı məktəbi bitirib.1986-cı ildə ADPXU ingilis dili  (axşam şöbəsi) fakültəsini bitirib.  1982- 1983-cü illərdə Gənc Təbiət­çilər Stansiyasında dərnək rəhbəri kimi fəaliyyət göstərib.1983-1988-cu illərdə ADPU-nin Filologiya fakültəsinin dekanlığında kargüzar vəzifəsində işləyib.1989-2000-ci illərdə ADPU-da filologiya fakültəsində  xarici dillər kafedrasında baş laborant vəzifəsində çalışıb 2003-2005-ci illərdə ADPU-nin filologiya fakültəsində xarici dillər kafedrasında müəllim  kimi fəaliyyət göstərib. 2008-ci ildən hal-hazırda kimi həmin  kafedranın baş müəllimidir. 26 sentyabr 2017-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiə edib. İşlədiyi müddətdə 6 tezis, 12 respublika daxili mə­qalə,  respublika xarici 3 məqalə, 1 proqram, 1 metodik göstəriş, 1 kitab tərcüməsi, 38 bədii tərcümələrin müəllifidir.

Ailəlidir, 2 övladı var .