Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

MƏLAHƏT BABAYEVA
(filologiya üzrə fəlsəfə doktoru, baş müəllim)

Məlahət Ramiz qızı Babayeva 1980-ci ildə Qax rayonunda anadan olmuşdur. ADPU-nun Filologiya fakültəsinin bakalavr və magistr pillələrini fərqlənmə diplomları ilə bitirmışdır. 2012-ci ildə “H.Cavid dram­larında tarixi şəxsiyyətlərin bədii obrazları” mövzusunda disserta­siyanı müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.Dissertasiya işi və digər mövzularla bağlı 85 elmi məqalə və tezislərin müəllifidir. 25 Beynəlxalq elmi konfransda elmi məruzə ilə çıxış etmişdir. 1 noyabr 2011-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universite­tinin Ədəbiyyat kafedrasının baş müəllimidir.

2014-cü ilin 15 aprelində Azərbaycan Yazıçı Qadınlar Birliyi tərəfindən“TUTİ BİKƏ” mükafatına layiq görülmüşdür. Hazırda doktor­luq dissertasiyası üzərində işləyir.

4 metodik vəsait və proqramların müəllifidir.

Kitabları                                                                    

The translation and explanation of Hussein Javid`s “Topal Teymur” play (dərs vəsaiti). Bakı: ADPU, 2012

Azərbaycan ədəbiyyatı tarixi: Müasir dövr. (dərs vəsaiti). Bakı: ADPU, 2017