Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

MƏLƏK MƏMMƏDOVA
(filologiya üzrə fəlsəfə doktoru, baş müəllim)

Mələk Hidayət qızı Məmmədova 1960-cı ildə Qazax rayo­nunda anadan olmuşdur. 1976-cı ildə Bakı şəhərində 158 saylı orta məktəbi bitirmiş, 1977-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universi­tetinin Filologiya fakültəsinə daxil olaraq  1982-ci ildə  Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi  uni­ver­siteti  bitirmişdir. 1986-cı ildə Lök­ba­tan qəsəbəsində yerləşən  61 nömrəli Texniki peşə məktə­bində Azər­baycan dili və ədəbiyyatı müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1989-cu ildə Azərbaycan Dövlər Pedaqoji Universitetində (o zamankı V.İ.Lenin adına APİ) laborant kimi  işə başlamış, 2000-ci ildən “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasında əmək fəaliy­yətini davam etdir­mişdir. 2003-cü ildə “Müasir Azərbaycan dili­nin lüğət tərkibində leksik-semantik dəyişmələr” mövzusun­da namizədlik dissertasiyası müdafiə edərək, 2004-cü ildə filolo­giya üzrə fəlsəfə doktoru alimlik dərə­cəsi almışdır. 2003-cü ildən “Dədə Qorqud” elmi-tədqiqat laboratori­yasında baş elmi işçi vəzifəsinə təyin edilmişdir. 2007-ci ildə Azərbay­can dili və onun tədrisi metodikası kafedrasına müəllim, 2011-ci ildə baş müəl­lim vəzifəsinə təyin edilmişdir. Hal-hazırda Azərbay­can dili və onun tədrisi texnologiyası kafedrasında baş müəllim vəzifəsində çalışır. M.Məmmə­dova 15 elmi məqalənin müəlli­fidir.