Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

MƏHƏRRƏM HÜSEYNOV
(filologiya elmləri doktoru, professor)

Məhərrəm Abbasəli oğlu Hüseynov 1945-ci il fevral ayı­nın 18-də Qərbi Azərbaycanın Göyçə mahalı Çənbərək bölgə­si­nin Şorca kəndində anadan olmuşdur. 1960-cı ildə Şorca kənd yed­diillik, 1964-cü ildə isə Ardanış kənd 11 illik məktəbini bitirmiş­dir.

1964-1969-cu illərdə Kirov adına Azərbaycan Dövlət Univer­sitetinin Filologiya fakültəsində təhsil almışdır.1982-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Mirzə İbrahi­movun romanlarının dili və üslubu” mövzusunda na­mizəd­lik dissertasiyası, 2013-cü ildə isə doktorluq disserta­siyası müdafiə etmişdir. 2014-cü ildən filologiya elm­ləri doktoru elmi dərəcəsi almışdır. 1971-1975-ci illərdə Göyçə mahalının Ardanış və Ağbulaq orta məktəblərində müəllim işləmişdir. 1975-1989-cu illər ərzində İrəvan Dövlət Pedaqoji İnstitutunda baş müəllim və dosent, 1989-2001-ci illərdə Azərbaycan Texniki Univer­sitetində pedaqoji fəaliyyətini davam etdirmişdir. Bu illər ərzin­də Bakı Özəl Türk Liseyində, Anadolu Türk Liseyində, “Araz” hazırlıq kursla­rında dərs demişdir.2001-ci ildən 2019-cu ilədək Azərbaycan Dövlət Pedaqoji Uni­ver­sitetində dosent və filolo­giya fakültəsinin dekan müavini işləmişdir. 13 kitabın və 100-dən çox elmi məqalənin müəllifidir.