Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

LARİSA KOLESNİKOVA
(pedaqogika üzrə fəlsəfə doktoru, dosent)

Larisa Kolesnikova 1964-ci ildə Siyəzən şəhərində ana­dan olub. 1972-1982-ci illərdə Siyəzən şəhər 2 saylı orta məktə­bində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Pedagoji Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olub və 1986-cı ildə oranı bitirib.

Əmək fəaliyyətinə Siyəzən şəhər 2 saylı orta məktəbində başlayıb.  1986-1989-cı illərdə rus dili müəlliməsi işləyib.

1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiran­turasına daxil olub. 1995-ci ildə dissertasiyanı müdafiə etmişdir. 1996-cı ildən “Xarici dillər və onların tədrisi  meto­dikası ” kafedrasının müəllimi vəzifəsində çalışır. Hazırda Xarici dillər mərkəzinin dosentidir.

50 məqalə, 4 metodik vəsaiti, 4 dərslik və 4 proqramın müəl­lifidir. Məqalələri respublikada və xarici ölkələrdə çap olunub.

7 Dərs vəsaiti və metodik  vəsaitlərin  müəllifidir.