Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

LALƏ MUSAYEVA
(müəllim)

Lalə Qismət qızı Musayeva 1986-cı il mayın 14-də Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Bakı şəhəri Sabunçu rayonundakı 271 saylı orta məktəbi bitirmişdir. 2008-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə bakalavr pilləsini bitirmişdir. 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun doktorantura şöbəsinə daxil olmuşdur. 2010-2013-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun “Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi” kabinetində baş laborant, metodist olmuşdur. 2014-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun “Tələbə şöbəsi”ndə tyutor, 2016-cı ildən ADPU-nun Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında müəllim kimi fəaliyyət göstərir.

O, 13 elmi-metodik məqalənin müəllifidir.