Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

KÖNÜL SƏMƏDOVA
(filologiya üzrə fəlsəfə doktoru, dosent)

Könül İbrahim qızı Səmədova 1974-cü il may ayının 1-də Azər­baycan Respublikasının Zaqatala rayonundakı Qımır kəndində anadan olmuşdur. 1980-ci ildə Zaqatala rayonu Qımır kənd orta məktəbinin birinci sinfinə qəbul olunmuş, 1989-cu ildən isə Bakı şəhəri Həbib bəy Mahmudbəyov adına Texniki-humanitar liseyin humanitar bölməsində orta təhsilini davam etdirmişdir. 1991-ci ildə liseyi əla qiymətlərlə bitirmiş, elə həmin il ADPU-nun filologiya fakültəsinə qəbul olmuş, 1996-cı ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə təyinatı üzrə 1996-cı ildə Zaqatala rayon Qımır kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamış, bir ildən sonra 1997-ci ildə Azərbay­can Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin aspiranturasına qəbul olmuşdur. 1997-2001-ci illərdə aspiran­turada oxumuşdur. 2004-cü ildə “Qərbi Azərbaycan – indiki Ermənistan etnotoponimlərinin arealları” mövzu­sunda namizəd­lik dissertasiyası müdafiə edərək filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Elə həmin ildən də ADPU-nun Filologiya fakültəsinin “Müasir Azərbaycan dili” kafedrasında saathesabı dərs deməyə başlamış, eyni zamanda Xətai rayonu 147 saylı texniki-humanitar liseydə Azərbaycan dili və ədə­biyyatı müəllimi vəzifəsində işləmişdir.

2007-ci ildən ADPU-nun Filologiya fakültəsinin “Müasir Azərbay­can dili” kafedrasında müəllim, 2010-cu ildən baş müəllim, 2014-cü ildən dosent vəzifəsində işləyir.

40-dan çox elmi məqalənin, 2 dərs vəsaitinin (“Qərbi Azərbaycan – indiki Ermənistan etnotoponimlərinin arealları”, “Şimal-Qərb qrupu dialekt sözlərinin lüğəti və arealları”) və 1 proqramın müəllifidir.

Hazırda AMEA-nın Nəsimi adına Dilçilik institutunun dis­sertan­tıdır. “Azərbaycan dili ŞimalQərb qrupu dialekt və şivələ­rində qıp­çaq elementləri” mövzusunda doktorluq disser­tasiyası üzərində çalışır.

YAP-ın üzvüdür.

Ailəlidir. 2 övladı var.