Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

KÖNÜL MƏMMƏDOVA
(pedaqogika üzrə fəlsəfə doktoru, dosent)

Könül Ələddin qızı Məmmədova 1970-ci il mayın 28-də Şəmkir rayonu, Çaparlı kəndində ziyalı ailəsində anadan olmuş­dur. 1991-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun İbtidai təlimin pedaqogikası və metodikası fakültəsini fərqlənmə diplo­mu ilə bitirmişdir. 1992-ci ildə Azərbaycan ETPEİ-nin əyani aspirantura şöbəsinə (Azərbaycan dilinin tədrisi metodikası üzrə) daxil olmuşdur. 2000-ci ildə dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2007-ci ildə dosent elmi adını almışdır. Şəmkir rayonu Çaparlı kənd natamam orta məktəbində ibtidai sinif müəllimi olmuşdur. 1996-2001-ci illərdə Azərbaycan ETPEİ-nin İbtidai təlim şöbəsində elmi işçi olmuşdur. 2001-2011-ci illər ərzində Azərbaycan Təhsil Prob­lem­ləri İnstitutunun İbtidai təhsil şöbəsində böyük elmi işçi olmuşdur.

34 elmi-metodik məqalənin müəllifidir.