Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

JALƏ SƏMƏDOVA
(baş müəllim)

Jalə Qədir  qızı Səmədova  1iyun 1984-cu ildə Ağdaş rayonunda anadan olub. 2002-cı ildə Ağdaş rayonundakı 2 saylı orta  məktəbi bitirib. Elə həmin il Azərbaycan Dillər Univer­sitetinin Tərcümə fakültəsinə qəbul olub. 2006-ci ildə Azərbay­can Dillər Universitetinin Tərcümə (İngilis dili) fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2006 -2008-ci illərdə Magistr (Tərcümə-Dilşünaslıq (İngilis dili)) dərəcəsini fərqlənmə diplomu ilə əldə edib. Hələtələbəlik illərindən  Dil mərkəzində müəllim, daha sonra AMB Mətbuat Şöbəsində tərcüməçi kimi fəaliyyət göstərmişdir. 2007-2008 ci illərdə ADPU-da İngilis dili kafedrasında baş laborant vəzifəsində çalışmışdır. 2008-ci ildən ADPU-nun  Filologiya fakültəsinin İngilis dili kafedrasının (indiki Xarici Dillər Mərkəzi) müəllimi işləyir. 2015-ci ildə fəlsəfə doktoru proqramı üzrə 5801.01- “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası” (Xarici dilin (İngilis dilinin) tədrisi metodikası) ixtisasına dissertant qəbul olunub.2019-cu ildən Xarici Dillər Mərkəzinin baş müəllimidir. Jalə Səmədova res­pub­lika daxilində 1 tezis, 13 məqalə, respublika xaricində 1 məqalənin  müəllifidir.

Ailəlidir, 2 övladı var.

Beynəxalq Sertifikatları:

1.İELTS (academic)- overall band score 6, CEFR level B2

2.Teaching Knowledge Test (TKT) Module 1-band 3

3.Teaching Knowledge Test (TKT) Module 2-band 3