Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

İRADƏ KƏRİMOVA
(filologiya üzrə fəlsəfə doktoru, dosent)

İradə Məzahim qızı Kərimova 1981-ci il avqustun 3-də Göyçay rayonunda anadan olub. 1998-ci ildə Göyçay rayonunda orta məktəbi bitirib. 2002-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin bakalavr pilləsini, 2004-cü ildə həmin universitetin Dilşünaslıq ixtisası üzrə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2013-cü ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertantu­rasını bitirib, həmin ildə namizədlik dissertasiyası müdafiə edərək Azərbaycan dili ixtisası üzrə filologiya üzrə fəlsəfə doktoru elmi adını alıb. 2004-cü ildən ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında müəllim, 2009-cu ildən həmin kafedrada baş müəllim və dosentdir.

30 yerli, 5 beynəlxalq məqalənin müəllifidir.

Ailəlidir. 1 övladı var.