Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

İRADƏ İSGƏNDƏRZADƏ
(müəllim)

İradə Əbdül qızı İsgəndərzadə 1957-ci ildə Bakı şəhə­rində anadan olub. 1974-cü ildə Bakı şəhərinin Yasamal rayo­nunun 18 saylı orta məktəbini bitirib.  Elə həmin il Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun alman və ingilis dili fakül­təsinə qəbul olub. 1979-cu ildə həmin institutu bitirərək Azər­baycan Respublikasının Əlvan Metallur­giya Birliyinin Mərkəzi Elmi-tədqiqat Laboratoriyasına mühəndis-tərcüməçi vəzifəsində bir neçə il çalışıb. Həmin dövrdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda saathesabı dərs aparıb.1989-cu ildən başlayaraq Bakı şəhərinin 251 və 134 saylı orta məktəblərində alman və ingilis dilini tədris edib. 1996-cı ildə Qərb uni­versitetinin dillər hazırlığı kafedrasında müəllim vəzifəsində çalı­şıb. Həmin ildən Azərbaycan Beynəlxalq Əməliyyat Kom­paniyasında (AİOC) tərcüməçi kimi fəaliy­yətə başlayıb. Sonrakı illərdə müqavilə əsasında San-Marino Beynəlxalq Univer­sitetində ingilis dili müəllimi vəzifəsində fəaliyyət göstərib. 2009-cu ildən “Learning for life” (LFL) kurslarında məsləhətçi, müəllim vəzifəsində çalışır. 2016-cı ildən başlayaraq Təhsil Nazirliyinin SABAH qrupları layihəsində saathesabı müəllim vəzifəsində çalışır.

Ailəlidir, 2 övladı var.

Beynəxalq  Sertifikatları:1.University of Cambridge ESOL examinations. English for spea­kers of other languages. Cambridge ESOL level 5* (CELTA), (QCF)