Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

İniglis Ədəbiyyatında Nizami Yaradıcılığının Tədqiqi

 

Azərbaycan  Respublikası Prezidenti İlham Əliyev bütün sahələr kimi ədəbiyyat sahəsini də hər zaman   diqqət   mərkəzində   saxlayır,   görkəmli   ədəbi   şəxsiyyətlərin   yubileylərinin   keçirilməsinə,ədəbiyyatımızın bütün dünyada təbliğ olunmasına önəm verir. Azərbaycan Respublikasında 2021-ci ilin“Nizami   Gəncəvi   İli”   elan   edilməsi   haqqında   Azərbaycan   Respublikası   Prezidentinin   Sərəncamıədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə, klassik irsimizə olan münasibətindən qaynaqlanır.ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icraedən, professor Mahirə Hüseynovanın təşkilatçılığı ilə Filologiya fakültəsində “Nizami Gəncəvi” ili iləbağlı silsilə tədbirlər, elmi seminarlar, kofranslar keçirilir. Bu tədbirlərin davamı olaraq 23.04.2021-ci iltarixində Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən Xarici Dillər Mərkəzində Microsoft Teamsplatforması   üzərindən   elmi   seminar   keçirilmişdir.   Elmi   seminarda   Filologiya   fakültəsinin   professor-müəllim heyəti və tələbələri iştirak etmişdir. Professor Mahirə Hüseynova seminarı açıq elan etdikdənsonra baş müəllim Yasəmən Babayeva “Ingilis ədəbiyyatında Nizami yaradıçılığının tədqiqi” adlı maraqlıməruzə ilə çıxış etmişdir. Filologiya fakültəsinin əməkdaşları, dosent Nazilə Abdullazadə, dosent RazimMəmmədov, professor Nailə Sadıqova, professor Elman Quliyev, dosent Faida İsayeva, dosent NailəƏlizadə,   dosent   Təranə   Rəhimli   məruzə   ilə   bağlı   təəssüratlarını   bölüşmüşlər.   Sonra   Filologiyafakültəsinin tələbələri Raman İsmayılov, Fərid Əliyev, İlahə Kərimova Yasəmən Babayevaya məruzə iləbağlı   suallar   vermiş   və   dolğun   cavablar   almışlar.  Sonda   professor   Mahirə   Hüseynova   baş   müəllimYasəmən   Babayevanın   çıxışından   razı   qaldığını   bildirib,   gənc   müəllimə   gələcək   işlərində   uğurlararzulamışdır