Error
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova Şəki şəhərində “VII Beynəlxalq Bəxtiyar Vahabzadə – Türk Dünyası Dil, Tarix, Mədəniyyət və Ədəbiyyat” adlı beynəlxalq konfransda iştirak etmişlər.
Konfrans ADPU, Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu, Mahmud Kaşğari Fondunun təşkilatçılığı və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutmuşdur.
Konfransda ADPU-nun prorektoru Mahirə Hüseynova, MDU-nun rektoru Anar Eminov, NDU-nun prorektoru Elsevər Əsədov, AMEA-nın nümayəndəsi Sevinc Əliyeva və digər çıxışçılar Bəxtiyar Vahabzadənin zəngin irsi barədə məruzələrlə çıxış etmişlər.
Konfrans musiqi məktəblərinin hazırladığı konsert proqramı ilə başa çatmışdır.