ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova Naxçıvanda keçirilən “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” mövzusunda Respublika elmi konfransında iştirak etmişlər.

Konfrans Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, AMEA Naxçıvan Bölməsi, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.

Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini və muzeyini ziyarət etmiş, daha sonra Qərbi Azərbaycana həsr olunmuş sərgi ilə tanış olmuşlar.

Plenar iclasda akademik İsmayıl Hacıyev, NMR-in Baş naziri Ceyhun Cəlilov, AMEA-nın prezidenti İsa Həbibbəyli, professor Mahirə Hüseynova, professor Abel Məhərrəmov, professor Cəbi Bəhramov, dosent Elbrus İsayev və dosent Oğuz Şimşək çıxış etmişlər.

Məruzələrdə Qərbi Azərbaycanın tarixi, mədəni irsi, toponimlərin dəyişdirilməsi, deportasiyalar, eləcə də Böyük Qayıdış prosesinin əhəmiyyəti geniş şəkildə təhlil olunmuşdur.

Sonda konfrans iştirakçıları “Biz qayıdacağıq” sənədli filmini izləmişlər.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur