ADPU-nun Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin üzvləri “PİLLƏ 3” Respublika Tələbə Tamaşaları Festivalında uğurla çıxış etmişlər.

26 may-2 iyun 2025-ci il tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli”nə ithaf olunmuş “PİLLƏ 3” Respublika Tələbə Tamaşaları Festivalı keçirilmişdir.

Festivalda “Meh” ədəbi dərnəyinin tələbələri də fəal iştirak etmiş, istedadlarını və yaradıcı potensiallarını nümayiş etdirmişlər.

Tələbələrimiz təqdim etdikləri tamaşaya görə münsiflər heyətinin və tamaşaçıların rəğbətini qazanmış, iştirakçılar sertifikat və hədiyyələrlə mükafatlandırılmışlar.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur