Error
ADPU-nun Filologiya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilmişdir.
Sədr, fakültə dekanı dosent Könül Həsənova fakültənin son aylardakı fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, 2024-cü ildə akademik fəaliyyətin qiymətləndirilməsi və keyfiyyət meyarları əsasında təhlil nəticələrinə görə Müasir Azərbaycan dili kafedrası “İlin kafedrası” adına layiq görülmüşdür.
Daha sonra Filologiya fakültəsi üzrə Keyfiyyətin Təminatı Komissiyasının üzvü İbrahimova Aytən fakültənin professor-müəllim heyətinin 2024-cü il üzrə reytinq qiymətləndirilməsinin hesabatını təqdim etmişdir.
Dekan müavini Zemfira Abbasova 2024/2025-ci tədris ilinin yay sessiyası imtahanlarına hazırlıq prosesi və kurs işlərinin müdafiəsi barədə şura üzvlərini məlumatlandırmışdır.
İclas zamanı fakültənin tanıtım videoçarxı şura üzvlərinə təqdim olunmuşdur.
İclasda ADPU Həmkarlar İttifaqı Komitəsi və fakültə dekanı dosent Könül Həsənova Tədris işləri üzrə dekan müavini Zemfira Abbasova, Ədəbiyyat kafedrasının professoru Təyyar Cavadov, Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Zakir Rəsulov, Xarici Dillər Mərkəzinin dosenti Qəribə Məmmədova, baş müəllim Sədaqət İsgəndərova və baş müəllim Sürayyə Həsənovanı yubileyləri münasibətilə təbrik etmişlər.
İclas cari məsələlərin müzakirəsi ilə işini başa çatdırmışdır.