
Filologiya fakültəsinin tələbələrinin uğurları davam edir
2024/2025-ci tədris ilində Filologiya fakültəsinin tələbələri müxtəlif layihə və müsabiqələrdə fəal iştirak edərək uğurlara imza atmışlar.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci illiyinə həsr olunmuş “Tarixi yurd yerlərimiz” adlı 3 mərhələli esse müsabiqəsində, ASES 10-cu Beynəlxalq Sosial Elmlər Konfransında məruzə ilə çıxış edən və “Situational English” adlı layihədə fəal iştirak edən tələbələr sertifikatlarla mükafatlandırılmışlar.
Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova tələbələri bu nailiyyətlərinə görə təbrik etmiş, onların gələcəkdə də uğurla fəaliyyət göstərəcəyinə inamını ifadə etmişdir