Azərbaycan Dövlət Pedaqoji Universitetində 28 May – Müstəqillik Günü münasibətilə elmi-praktik konfrans keçirilmişdir.
Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.
Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd etmişdir ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli, demokratik respublika kimi tarixə düşmüşdür. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Cümhuriyyət milli dövlət quruculuğunun əsaslarını qoymuş və xalqımızın müstəqil yaşamaq haqqını bütün dünyaya nümayiş etdirmişdir.
Konfrans məruzələr ətrafında müzakirələrlə davam etmişdir.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur