Error
ADPU-nun Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının təşkilatçılığı ilə “Azərbaycan dilçiliyi XXI yüzillikdə: reallıqlar, perspektivlər” adlı Respublika elmi-praktik konfransı keçirilmişdir.
Konfransın açılışında ADPU-nun və Filologiya fakültəsinin rəhbərliyi, fakültənin professor-müəllim heyəti, eləcə də digər ali təhsil və elmi-tədqiqat müəssisələrinin əməkdaşları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova açaraq iştirakçıları salamlamış, konfransın əhəmiyyətindən və Azərbaycan dilçiliyinin aktual məsələlərinin müzakirə olunmasının zəruriliyindən bəhs etmişdir.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun "Terminologiya" şöbəsinin müdiri Sayalı Sadıqova, Filologiya fakültəsi Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Həcər Hüseynova, Müasir Azərbaycan dili kafedrasının dosenti Yeganə Qəhrəmanova və başqaları Azərbaycan dilçiliyinin aktual problemləri ilə bağlı məruzə etmişlər.
Konfrans öz işini “Dövlət, dil və dilçilik”, “Nəzəri dilçilik problemləri”, “Tətbiqi dilçiliyin müasir problemləri və inkişaf istiqamətləri” və “Tarixi-müqayisəli dilçilikdə müasir yanaşmalar” adlı bölmələrdə əyani və onlayn şəkildə davam etdirmişdir.