Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və maarif xadimi Seyid Əzim Şirvaninin 190 illiyinə həsr olunmuş “Aləmdə səsim var mənim” adlı Respublika elmi konfransı keçirilmişdir.

Şamaxı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və onun Şamaxı filialının birgə təşkilatçılığı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində keçirilən konfransda çıxış edənlər Seyid Əzim Şirvaninin Azərbaycan ədəbiyyatında və maarifçiliyində tutduğu mühüm yerə diqqət çəkərək onun zəngin yaradıcılığı, xalqın maariflənməsi naminə göstərdiyi fəaliyyəti və müasir dövr üçün aktuallığını vurğulamışlar.

Konfrans öz işini 6 bölmədə, ümumilikdə 200-dən artıq məqalə sayı ilə ADPU-nun Şamaxı filialında davam etdirmişdir.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur