Error
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova Türkiyənin Ankara şəhərində keçirilən “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransda iştirak etmişlər.
Konfransdan əvvəl iştirakçılar mayın 20-də Ankaradakı Heydər Əliyev Parkında Azərbaycan xalqının Ümummilli Liderinin abidəsinin ziyarət edərək önünə gül dəstəsi qoymuş, xatirəsini ehtiramla anmışlar.
Daha sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn edildiyi Anıtqəbir ziyarət olunmuşdur.
Konfrans zamanı qeyd olunmuşdur ki, Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışı tarixi ədalətsizliyin aradan qaldırılmasını təmin etməklə yanaşı, Cənubi Qafqazda sabitlik və barışıq üçün mühüm addımdır. Mədəni müxtəliflik və barışığa xidmət edən bu işdə beynəlxalq təşkilatların yaxından iştirakı zəruridir.