Error
ADPU-nun elmi heyəti Özbəkistanda keçirilən “Məktəbəqədər və məktəb təhsilində süni intellekt, rəqəmsal texnologiyalar və müasir metodlardan istifadə: problemlər və həlli yolları” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir.
Konfransda çıxış edən ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova türk xalqları arasında mövcud olan dil qardaşlığına xüsusi diqqət yetirmişdir. O, Azərbaycan və Özbəkistan kimi ortaq köklərə malik xalqlar arasında dil və mədəniyyətin oxşarlığının yalnız tarixi bağlarla deyil, həm də müasir dövrdə təhsildə əməkdaşlıq üçün güclü zəmin yaratdığını vurğulamışdır.