Error
ADPU-nun Filologiya fakültəsində qrant layihə çərçivəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Pedaqoji kadr hazırlığında yeni yanaşmalar” adlı elmi-praktik konfrans keçirilmişdir.
Layihənin rəhbəri professor Mahirə Hüseynova, layihə üzvləri dosent Könül Həsənova, dosent Könül Səmədova, dosent Ülviyyə Hacıyeva və dosent əvəzi Mirvari Qasımovadır.
Konfransda “Tətbiqi filologiya sahəsində milli təcrübələr və yeni hədəflər”, “Pedaqoji islahatların Azərbaycan təhsil sisteminə inteqrasiyası” və “Dil və ədəbiyyatin tədrisində qlobal trendlər” adlı bölmələr üzrə 50-ə yaxın məruzə dinlənilmiş, iştirakçılara məqalələr toplusu və sertifikatlar təqdim olunmuşdur.