Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Rəhimoğlu Filologiya fakültəsinin qonağı olmuşdur.

Görüşdə professor-müəllim heyəti və fakültənin tələbələri iştirak etmişlər.

Umud Rəhimoğlu Beynəlxalq Avrasiya Mətbuat Fondunun 1992-ci ildən bu günə qədər keçdiyi yoldan, qurumun ölkə daxilində və beynəlxalq arenada qazandığı etibar və nüfuzdan aydın şəkildə bəhs etmişdir. O qeyd etmişdir ki, mübarizə yalnız cəbhədə deyil, informasiya meydanında, diplomatiyada, mədəniyyətlərarası dialoqda da aparılır və bu mübarizə ölkəmizin hər bir vətəndaşının mübarizəsidir.

Görüş diskussiya şəklində davam etmişdir.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur