Error
ADPU-nun Elmi Şurasının 2025-ci il üzrə ilk iclası keçirilmişdir.
İclasa başlamazdan əvvəl rektor professor Cəfər Cəfərov Filologiya fakültəsinin dekanı dosent Könül Həsənovanı dosent elmi adı və Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən Xarici Dillər Mərkəzinin müəllimi Günel Əliyevanı filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanması münasibətilə təbrik etmiş və diplomlarını təqdim etmişdir.
İclasda rektor professor Cəfər Cəfərov çıxış edərək ötən il ərzində görülən işlərdən söz açmışdır. O qeyd etmişdir ki, icra olunan bir çox infrastruktur layihələri tədqiqat universiteti olmaq və ən keyfiyyətli pedaqoji ali təhsil vermək yolunda ADPU-nun durmadan irəlilədiyinin göstəricisidir.
Cari məsələlər müzakirə olunduqdan sonra şura üzvləri onlara münasibətini bildirmiş, öz təkliflərini irəli sürmüşlər.