ADPU-nun rektoru professor Cəfər Cəfərov 2 Fevral - Gənclər Günü münasibətilə fakültələr üzrə ən yüksək akademik göstəriciyə görə fərqlənən tələbələr, eləcə də tələbə təşkilatlarının fəalları ilə görüşmüşdür.

Görüşdə ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli və tələbələr iştirak etmişlər.

Rektor professor Cəfər Cəfərov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Gənclər Günü münasibətilə tələbə-gəncləri təbrik etmişdir. Gənclərin cəmiyyətimizin inkişafında mühüm rol oynadığını qeyd edən rektor bildirmişdir ki, onların enerjisi, innovativ düşüncəsi və təşəbbüskarlığı ölkəmizin tərəqqisinin əsas hərəkətverici qüvvələrindəndir.

Daha sonra fakültələr üzrə ötən semestrdə ən yüksək akademik göstəricilər toplamış və universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının fəaliyyətində fərqlənən tələbələr təltif edilmişlər.

Görüş tələbələrin təklif və rəylərinin müzakirəsi ilə davam etmişdir.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur