Error
ADPU-nun Filologiya fakültəsinin Elmi Şurasının və Metod Qrupunun illik yekun iclası keçirilmişdir.
İclasa başlamazdan əvvəl “Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində hərəkət edən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Sədr, Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova iclası giriş sözü ilə açaraq 2024-cü ilin yekunları üzrə fakültənin hesabatını şura iştirakçılarının nəzərinə çatdırmışdır.
Fakültənin tədris işləri üzrə dekan müavini fil.ü.f.d.Zemfira Abbasova 2024/2025-ci tədris ili payız sessiya imtahanlarına hazırlıq proseslərindən danışmış, imtahanlarda gözlənilən yeni qaydalarla şura üzvlərini tanış etmişdir.
Şura cari məsələlərin müzakirəsi ilə işini başa vurmuşdur.
İclasın sonunda şuranın sədri dekan dos. Könül Həsənova qarşıdan gələn 2025-ci il münasibətilə fakültənin əməkdaşlarını təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar və cansağlığı diləmişdir.