Error
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova və Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova BDU-da keçirilən böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş “Füzuli yaradıcılığı: ideya, üslub, poetika problemləri” mövzusunda respublika elmi konfransının açılış mərasimində iştirak etmişlər.
Prof. Mahirə Hüseynova konfransda çıxış edərək Füzulinin Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına, bütövlükdə dünya ədəbiyyatına töhfələr verən qüdrətli şair olduğunu vurğulamışdır.