Error
ADPU Həmkarlar İttifaqı Komitəsi və Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova fakültənin əməkdaşlarını yubileyləri münasibətilə təbrik etmişlər.
Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının professoru Minaxanım Nuriyeva, professor Nabat Cəfərova, baş müəllim Adil Balıyev, Xarici Dillər Mərkəzinin dosenti Larisa Kolesnikova, baş müəllimi Əliyeva Fatmanın yubileyləri qeyd edilmişdir.
Dos. Könül Həsənova yubilyarları təbrik edərək təhsil ocağındakı ləyaqətli xidmətlərindən bəhs etmişdir.
ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin baş məsləhətçisi Nigar Rəhimova yubilyarlara universitetin ictimai həyatında fəal iştirakına görə təşəkkür etmiş, onlara uzunmüddətli elmi-pedaqoji sahədəki səmərəli fəaliyyətləri və yubileyləri münasibəti ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanını təqdim etmişdir.
Yubilyarlar göstərilən diqqət və qayğıya görə fakültə rəhbərliyinə, ADPU Həmkarlar İttifaqı Komitəsinə təşəkkür etmişlər.