Error
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova və Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova Qərbi Azərbaycan İcmasında Dərələyəz İcmasının təşkilatçılığı ilə Keşkənd və Paşalı İcmalarının gəncləri ilə keçirilmiş görüşdə iştirak etmişlər.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli ötən əsr ərzində Qərbi azərbaycanlıların deportasiyalarını xatırlatmış, onların bu gün öz doğma yurdlarına qayıdış uğrunda əzmlə mübarizə apardığını vurğulamışdır.
Daha sonra söz Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşkənd İcmasının sədri, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynovaya verilmişdir. O, Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolunun əhəmiyyətini, bununla bağlı onların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etmişdir. Gənclərin doğma torpaqlarımıza qayıdış uğrunda görülən işlərin mühüm komponenti olduğunu, İcma tərəfindən həyata keçirilən tədbirlər və layihələrdə iştiraklarının mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Mahirə Hüseynova qeyd etmişdir ki, Qərbi azərbaycanlılar Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində öz evlərinə qayıtmaq düşüncəsi ilə yaşayır və o günün gələcəyinə inanırlar.
Tədbirdə gənclərə üzvlük vəsiqələri təqdim edilmişdir.
Ziyalılar və gənclər arasında geniş müzakirələr aparılmış, suallar cavablandırılaraq təkliflər dinlənilmışdir.