ADPU-nun Filologiya fakültəsində növbəti dəfə “Filoloqun oxu həftəsi” layihəsinin tədbiri keçirilmişdir.

ADPU-nun Filologiya fakültəsinin dekanı dos. Könül Həsənovanın təşəbbüsü ilə keçirilən “Filoloqun oxu həftəsi” layihəsində AZD2103B qrup tələbələri ilə görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” dramı müzakirə edilmişdir.

Debat formasında keçirilən müzakirədə tələbələrin hazırladığı səhnəciklər, məntiqli çıxışları və cavabları müsabiqə komissiyasının üzvləri tərəfindən müsbət qarşılanmışdır.

Müzakirənin sonunda fəal iştirakçılara təşəkkürnamə və hədiyyələr təqdim olunmuşdur.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur