Error
ADPU-nun Heydər Əliyev Mərkəzində Ulu Öndərin anım günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdən öncə universitetin rəhbərliyi, müvafiq struktur rəhbərləri və professor-müəllim heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əbədi xatirələrini yad edərək məzarları üzərinə gül dəstələri qoymuşlar.
“Xalqa həsr olunmuş ömür” adlı tədbirdə universitet rəhbərliyi, fakültə dekanları, şöbə, mərkəz və kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.
Ümummilli Liderlə vida mərasimdən görüntülər təqdim olunduqdan sonra ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd etmişdir ki, hər bir xalqın tarixi onun yetirdiyi görkəmli şəxsiyyətlərin fəaliyyəti ilə sıx bağlıdır. Tarix bəzən elə nəhəng simalar yetişdirir ki, xalq onları özünün idealı, iftixar mənbəyi, əbədi lideri kimi qəbul edir. Belə fenomenal şəxsiyyətlərdən biri də Heydər Əliyevdir. Heydər Əliyev elə nadir liderlərdəndir ki, öz ölkəsinə iki dəfə, bir-birindən köklü şəkildə fərqlənən iki sistem şəraitində uğurla rəhbərlik etmiş, hər iki dövrdə xalqın dərin hörmətini, etimadını və dəstəyini qazana bilmişdir.
Tədbirin növbəti hissəsində “Meh” ədəbi dərnəyinin üzvlərinin ifasında Zəlimxan Yaqubun “Mən azərbaycanlıyam” şeiri ədəbi-bədii kompozisiya şəklində təqdim olunmuşdur.