ADPU-nun Filologiya fakültəsində növbəti dəfə “Filoloqun oxu həftəsi” layihəsinin tədbiri keçirilmişdir.

ADPU-nun Filologiya fakültəsinin dekanı dos. Könül Həsənovanın təşəbbüsü ilə keçirilən “Filoloqun oxu həftəsi” layihəsində TD2314B qrup tələbələri ilə məşhur türk yazıçısı Orxan Pamukun “Masumiyet müzesi” romanı müzakirə edilmişdir.

Debat formasında keçirilən müzakirədə tələbələrin hazırladığı səhnəciklər, məntiqli çıxışları və cavabları müsabiqə komissiyasının üzvləri tərəfindən müsbət qarşılanmışdır.

Müzakirənin sonunda fəal iştirakçılara təşəkkürnamə və hədiyyələr təqdim olunmuşdur.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur