ADPU-nun Filologiya fakültəsində “Ulduz” jurnalının redaksiya heyəti ilə görüş keçirilmişdir.

Görüşdə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova, "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs, "Ulduz" jurnalının baş redaktor müavini Təranə Vahid, Xalq artisti Eldost Bayram, "Ulduz" jurnalının şöbə redaktoru Taleh Mansur və Filologiya fakültəsinin müəllim-tələbə heyəti iştirak etmişlər.

Prof. Mahirə Hüseynova və dos. Könül Həsənova görüşün əhəmiyyətini və "Ulduz" jurnalının ədəbi təfəkkürün formalaşmasında əhəmiyyətli rol oynadığını vurğulamışlar.

Jurnalın baş redaktoru Qulu Ağsəs nəşrin yaranma tarixi, müasir fəaliyyəti və uğurları haqqında ətraflı məlumat vermişdir.

Xalq artisti Eldost Bayram, "Ulduz" jurnalının şöbə redaktoru Taleh Mansur və "Meh" ədəbi dərnəyinin üzvləri şeirlə çıxış etmişlər.

Görüş zamanı tələbələr jurnalın redaksiya heyətinə suallar vermiş, əməkdaşlıq imkanları, məqalələrin nəşri və digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur