Error
ADPU-nun Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən "Meh" ədəbi dərnəyinin təşkilatçılığı ilə keçirilən Zəfər Gününə həsr edilmiş "Zəfər"dən yaz, zəfər çal!"adlı esse müsabiqəsinin qalibləri və iştirakçıları mükafatlandırılmışlar.
Fakültə dekanı dos. Könül Həsənova iştirakçıları təbrik etmiş, qalibləri maddi mükafatla təltif etmişdir.
Müsabiqədə Filologiya fakültəsinin tələbələri ilə yanaşı, ADPU-nun Kimya və biologiya, Tarix və coğrafiya fakültəsi, Azərbaycan Dillər Universitetinin tələbələri də iştirak etmişlər.