ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Türkoloji Mərkəzin təşkilatçılığı ilə Fazil Ərdəmin “Etimoloji araşdırmalardan seçmələr" kitabının tədqimatı keçirilmişdir.Təqdimatda ADPU-nun rektoru prof. Cəfər Cəfərov və Beynəlxalq əlaqələr üzrə prorektor prof. Mahirə Hüseynova giriş nitqi ilə çıxış etmişlər.

Filologiya fakültəsinin əməkdaşlarından prof. Mirvari İsmayılova, prof. Həcər Hüseynova, prof. Minaxanım Nuriyeva, dos. Yeganə Qəhrəmanova, dos. Elşad Abışov, b/m. Adil Balıyev, b/m. Arif Kazımov və Türkoloji Mərkəzin müdiri Şəkər Məmmədova çıxış etmiş, kitabla bağlı fikir mübadiləsi aparmışlar.Sonda Fazil Ərdəm çıxış etmiş, təqdimat iştirakçılarına təşəkkürünü bildirmişdir.

© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur