ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru,Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Filologiya elmləri və pedaqogika üzrə Ekspert şurasının sədri, Prezident təqaüdçüsü, Əməkdar müəllim, görkəmli alim, təhsil təşkilatçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB-nin) üzvü, tanınmış şair, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın doğum günüdür.
Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə araşdırmaları ilə seçilən professor Mahirə Hüseynova 40-dan çox elmi kitabın - monoqrafiya, dərs vəsaiti, metodik vəsait, proqramın və 16 bədii (şeirlər) kitabın müəllifidir. Alimin respublikanın nüfuzlu jurnallarında (o cümlədən xarici mətbuatda), qəzet və digər mətbu orqanlarda 400-ə qədər elmi və publisistik məqaləsi çap olunmuşdur. Onun haqqında 300-dən yuxarı məqalə respublika mətbuatında işıq üzü görmüşdür.
ADPU-nun ictimai və beynəlxalq həyatında böyük rol oynayan professor Mahirə Hüseynova Türkiyə Respublikasının Ərəbgir ilçəsinin Fəxri vətəndaşı və Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetinin Fəxri Professoru adına layiq görülmüşdür.
Mahirə Nağıqızı imzası ilə şeir kitabları nəşr olunmuş, “Qızıl qələm”, “İlin alimi” media mükafatı laureatı fəxri adlarına və digər mükafatlara layiq görülmüşdür.
Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova və professor-müəllim heyəti adından professor Mahirə Hüseynovanı ürəkdən təbrik edir, can sağlığı, yeni elmi və bədii yaradıcılıq nailiyyətləri arzulayırıq!