Təəssüf hissi ilə bildiririk ki, ADPU-nun Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən Xarici Dillər Mərkəzinin baş müəllimi Həqiqət Məmmədova dünyasını dəyişmişdir.
2012-ci ildən Xarici dillər kafedrasında (indiki Xarici Dillər Mərkəzi) çalışan Həqiqət Məmmədova 30-dan çox elmi-metodik məqalənin müəllifi olmuşdur.
Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova və professor-müəllim heyəti adından ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!