ADPU-nun Filologiya fakültəsinin təşkilatçılığı ilə görkəmli şair Əli Tudənin 100 illiyinə həsr olunmuş “Bir ömrə sığmayan ömür” adlı tədbir keçirilmişdir.
Tədbir şairin həyat və yaradıcılığından bəhs edən videoçarxla açıq elan olunmuşdur. Rektor prof. Cəfər Cəfərov açılış nitqi ilə çıxış edərək şairin Azərbaycan ədəbiyyatına töhfələrindən danışmışdır.
ADPU Türkoloji Mərkəzi Türk ədəbiyyatı mərkəzinin müdiri prof. Elman Quliyev, Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Sayman Aruz, Cənubi Azərbaycan ədəbiyyatının tədqiqatçısı Esmira Fuad, ədəbi tənqidçi Vaqif Yusifli, ədəbiyyatşünas Şərəf Cəlilli, Əli Tudənin oğlu Natiq Cavadzadə çıxış etmiş, şairlə bağlı xatirələrini bölüşmüşlər.
Tədbir iştirakçıları Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən "Meh" ədəbi dərnəyinin üzvləri şairin şeirlərini səsləndirmiş, səhnəcik, rəqslər ifa etmişlər.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur