ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova Ərəbgir ilçəsinin fəxri vətəndaşı seçilmişdir.
Türkiyə Respublikasının Ərəbgir ilçəsində təşkil olunan IV Beynəlxalq Oğuzlar Simpoziumunda iştirak edən ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova Ərəbgir ilçəsinin fəxri vətəndaşı seçilmişdir.
Ərəbgir Bələdiyyəsinin sədri Haluk Comərdoğlu tərəfindən təqdim olunan sənəddə qeyd olunur: “Ərəbgirin ölkə və beynəlxalq səviyyədə təbliğində öz töhfəsini, iştirakını və dəstəyini əsirgəməyən, bu işdə böyük fədakarlıqla çalışan ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynovaya Ərəbgir ilçəsinin vətəndaşlığı haqqında arayış təqdim olunur”.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur