ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova və Müasir Azərbaycan dili kafedrasının müdiri dos. Könül Səmədova Daşkənd Yunus Rəcəbi adına Muğam İnstitutunun və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin qonağı olmuşlar.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə baş tutan görüş zamanı Yunus Rəcəbi adına Muğam İnstitutunun prorektoru Davlat Ximbətov qonaqları salamlayaraq yeni yaradılan Muğam İnstitutu haqqında məlumat vermiş, bu ali muğam məktəbində müəllim və tələbələrə yaradılan şərait haqqında söhbət açmışdır. Prorektor ölkələr arasındakı siyasi və mədəni münasibətlərdən də bəhs etmişdir.
 Prof. Mahirə Hüseynova qeyd etmişdir ki, Daşkənd səfəri zamanı hörmətlə, mehribanlıqla qarşılanmış, özbək xalqı ilə dil, din, mədəniyyət və adət-ənənələrin oxşarlığı ölkələr və xalqlar arasında dostluğun və qardaşlığın əyani sübutu olduğunu vurğulamışdır.
Daha sonra prof. Mahirə Hüseynova Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində fəaliyyət göstərən “Azərbaycanşünaslıq Mərkəzi” ilə tanış olmuş, mərkəzə müəllifi olduğu elmi və bədii əsərlərini hədiyyə etmişdir.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur