ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova ölkəmizin Özbəkistandakı səfirliyində olmuş, səfir Hüseyn Quliyevlə görüşmüşdür.
Görüşdə həmçinin Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri dosent Könül Səmədova, Ankaradakı BZT “Turan” Akademiyasının Azərbaycandakı təmsilçiləri Fərahilə Şükürova və Niyaməddin Şükurov iştirak etmişlər.
Səfir Hüseyn Quliyev Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinin inkişafından danışaraq qeyd etmişdir ki, Azərbaycanla Özbəkistan dost və qardaş ölkələrdir, bütün sahələrdə əməkdaşlığımız durmadan inkişaf edir.
Prof. Mahirə Hüseynova Özbəkistana səfəri, Cizzakda keçirilən konfrans haqqında məlumat vermiş, ADPU ilə Özbəkistanın Cizzak Dövlət Pedaqoji Universiteti və Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoju Universiteti ilə əməkdaşlığa dair razılıq əldə olunduğunu, Cizzak universiteti ilə Memorandum imzalandığını qeyd etmişdir.
Sonda səfir Hüseyn Quliyev prof. Mahirə Hüseynovaya səfirliyin diplomunu təqdim etmişdir.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur