Error
Qazaxıstan Respublikasının Əhməd Baytursun adına Dilçilik İnstitutunun əməkdaşları Filologiya fakültəsinin qonağı olmuşlar.
Qazaxıstan Respublikasının Əhməd Baytursun adına Dilçilik İnstitutunun rəhbəri Anar Fazılcanova və institutun əməkdaşları ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Türkoloji Mərkəzin rəhbəri Şəkər Məmmədova və Türk dilləri şöbəsinin müdiri prof. Mirvari İsmayılova ilə görüşdə iştirak etmişlər. Fakültə dekanı dos. Könül Həsənova və Müasir Azərbaycan dili kafedrasının müdiri dos. Könül Səmədova da görüşdə iştirak etdilər.
Görüş zamanı prof. Mirvari İsmayılova mərkəzin nəşr olunmuş “Mahmud Kaşğarlı” beynəlxalq elmi jurnalını qonaqlara təqdim edib,mərkəzin fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələri görüş iştirakçılarının nəzərinə çatdırıb.
Görüşdə birgə əməkdaşlığa dair layihələr müzakirə olunmuşdur.