Error
Filologiya fakültəsinin magistrantları beynəlxalq konfranslarda Qərbi Azərbaycan mövzusunda məruzə ilə çıxış edəcəklər
Filologiya fakültəsi Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası ixtisaslaşması üzrə magistrantları Türkiyənin Bingöl və Anadolu şəhərlərində keçiriləcək beynəlxalq elmi konfransda Qərbi Azərbaycan ədəbiyyatı nümayəndələrinin yaradıcılığı ilə bağlı məruzə ilə çıxış edəcəklər.
Nurlana Nəcəfova 2-ci Uluslararası Bingöl Sosial Elmlər Konfransında "Həsən Mirzəyev və Dərələyəz folkloru", Nəzrin Mustafazadə 15-ci Anadolu Uluslararası Sosial Elmlər Konfransında "Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında mövzu və janr rəngarəngliyi" mövzularını elmi ictimaiyyətə təqdim edəcəklər. Qeyd edək ki, hər iki magistrantın elmi rəhbəri dos. Nazilə Abdullazadədir.