ADPU-nun Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri doktoru, dosent Könül Səmədovanın yubileyi qeyd olunmuşdur

Görüşdə ADPU-nun Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənova, ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin baş məsləhətçisi Nigar Rəhimova və Müasir Azərbaycan dili kafedrasının professor-müəllim iştirak etmişlər.

Dekan dos. Könül Həsənova çıxış edərək yubilyarın elmi fəaliyyətindən, ictimai fəallığından bəhs etmişdir.

Nigar Rəhimova yubilyara universitetin ictimai həyatında fəal iştirakına görə təşəkkür etmiş, ona uzunmüddətli elmi-pedaqoji sahədəki səmərəli fəaliyyəti və yubileyi münasibəti ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanını təqdim etmişdir.

Kafedra əməkdaşları dos. Könül Səmədovanın böyük dilçi alim olduğunu qeyd etmiş, onun özünəməxsus şəxsi keyfiyyətlərindən söz açmışlar.

Sonda çıxış edən dos. Könül Səmədova göstərilən diqqət və qayğıya görə fakültə rəhbərliyinə, ADPU Həmkarlar İttifaqı Komitəsinə, kafedra əməkdaşlarına təşəkkür etmişdir.

Dos. Könül Səmədovanı yubileyi münasibətilə Filologiya fakültəsinin kollektivi adından təbrik edir, uzun ömür və yeni yaradıcılıq uğurları arzu edirik!


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur