Image

Erasmus+ proqramı çərçivəsində mübadilədə iştirak etmək istəyən ADPU tələbələrinin nəzərinə!
Kopenhagen Universitet Kolleci (Danimarka) ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında mövcud ikitərəfli Erasmus+ mübadilə proqramına əsasən universitetimizin tələbələri 2024/2025-ci tədris ilinin payız semestri (5 ay) müddətində Danimarkada təhsilini davam etdirmək imkanı əldə edir.
Kimlər müraciət edə bilər?
İngilis dili biliyi B2 olan tələbələr.​​​​​​​ Bakalavr səviyyəsinin əsasən II və III tədris ilində təhsil alan tələbələri (IV tədris ilinin tələbələri öz razılıq ərizələri ilə)​​​​​​
Filologiya fakültəsinin İngilis dili müəllimliyi ixtisası üzrə, Tarix və coğrafiya fakültəsinin Sosial İş ixtisası üzrə və Məktəbəqədər təhsil fakültəsinin Korreksiyaedici təlim ixtisası üzrə təhsil alan tələbələrə üstünlük veriləcəkdir.
Təqaüd səyahət və yaşayış xərclərini əhatə edir.
Qeydiyyat müsahibəsi iyul ayının 31-dən başlayır.
Əlavə məlumat və müraciət üçün kontaktlar:
İmeyl: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ​​​​​ Tel: (+99412) 493- 48-16 Əsas korpus, Beynəlxalq əlaqələr şöbəsi (313-cü otaq)


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur