Error
ADPU-nun Filologiya fakültəsində pedaqoji internatura ilə bağlı yekun hesabat tədbiri keçirilmişdir
24-25 iyun tarixlərində keçirilən Filologiya fakültəsinin pedaqoji təcrübəni yekunlaşdıran 4-cü kurs tələbələrinin hesabat tədbirində dekan müavini dos. Pəri Paşayeva, Azərbaycan dilinin tədrisi texnologiyası kafedrasının müdiri dos. Həmzə Əliyev, Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri dos. Şöhrət Məmmədova və professor-müəllim heyəti iştirak etmişlər.
Tələbələr pedaqoji təcrübə zamanı öyrəndiklərini, əldə etdikləri təlim nəticələrini komissiya üzvləri ilə bölüşmüş, açıq dərslərdən nümunələr nümayiş etdirmiş, hesabatlarını müəyyən olunmuş mövzu və tapşırıqlar üzrə layihə formasında təqdim etmişlər.