ADPU-nun Filologiya fakültəsinin kollektivi Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış”festival-konqresdə iştirak edib

Festival-konqres iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanındakı abidəsi önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra qonaqlar muzeyin eksponantları ilə tanış olublar.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən festival-konqresdə Qərbi Azərbaycana məxsus folklor nümunələri, kulinariya, musiqi və yallı nömrələri, sərgilər, ədəbi-bədii kompozisiyalar təqdim olunub.

Festivalın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü prof. Mahirə Hüseynova, İqdır Univeristetinin rektoru Mehmet Hakkı Alman çıxış etmişlər.

Qeyd edək ki, festival-konqresdə ADPU Elmi-təşkilati şöbənin müdiri prof. İbrahim Bayramov, Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova, dekan müavini dos. Pəri Paşayeva, Müasir Azərbaycan dili kafedrasının müdiri dos. Könül Səmədova, dos. Sevda Abbasova da iştirak etmişlər.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur